Paşinyan Nyu-Yorkda da günahkar axtarışlarını davam etdirir- TƏHLİL

Paşinyan Nyu-Yorkda da günahkar axtarışlarını davam etdirir- TƏHLİL
24 Sen 2024 13:30

 

Ermənistanın baş naziri Nikol Paşinyan yenə öz ampluasındadır. O,Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən Gələcək Sammitində çıxışı zamanı Ermənistanın bu gün üzləşdiyi bütün problemləri yenə də keçmişdə hansısa mərhələdə qəbul edilmiş və ya alınmayan qərarlarla bağlıdı:

“Biz keçmişi dəyişdirə bilmirik, bu gün də müəyyən dərəcədə keçmişin bir hissəsi olduğundan, gələcəyin formalaşması ən vacib məsələdir: sülh, təhlükəsizlik, rifah, insan hüquqlar, süni intellekt, iqlim dəyişikliyi”.

O qeyd edib ki, bu mühüm konsepsiya gələcəyə baxışımızın əsasını təşkil edir və bu aspektdə gələcək üçün möhkəm təməl qoyan müsbət çağırışlara təcili ehtiyac var.

Ermənistanın baş naziri vurğulayıb ki, beynəlxalq formatlar uzun müddətdir ki, qarşılıqlı ittihamlar və təhdidlər meydanına çevrilib.

"Bunun obyektiv səbəbləri var: pozitiv diskurs üçün çox az material var, bəlkə də keçmişdə müsbət ənənə olmadığı üçün" – deyə o bildirib.

Paşinyan vurğulayıb ki, rəhbərlik etdiyi partiya regionda pozitivliyə ümidin olmadığı bir vaxtda “Gələcəkdir” devizini seçib. Bu, indi qlobal miqyasda baş verir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda işgüzar səfərdədir. O, artıq BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən Gələcək Sammitində çıxış edib. Ermənistanın baş naziri BMT Baş Assambleyasının 79-cu sessiyasında da çıxış edəcək.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər