Qəzzada daha 8 nəfər aclıqdan ölüb

Qəzzada daha 8 nəfər aclıqdan ölüb
14:53

İsrailin blokadası və hücumları nəticəsində aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saatda biri uşaq olmaqla 8 nəfər aclıqdan ölüb.

News365.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, aclıqdan ölənlərin ümumi sayı 188-ə çatıb, onlardan 94-ü uşaqlardır.

Bildirilib ki, Qəzzada humanitar yardımın qarşısının alınması əhali arasında aclıq və xəstəliklərin yayılmasına səbəb olur.

Yerli mənbələr İsrailin “aclıq və susuzluğu silah kimi” istifadə etdiyini bildirirlər.

Xatırladaq ki, oktyabrın 7-dən bu yana bölgədə 60 mindən çox fələstinli həyatını itirib.


Sizin reklam burada
Sizin reklam burada