"Qərbin raket qərarı Rusiyanı diplomatik və hərbi təzyiqlərlə üz-üzə qoyur"- Politoloq

"Qərbin raket qərarı Rusiyanı diplomatik və hərbi təzyiqlərlə üz-üzə qoyur"- Politoloq
30 May 2025 16:05

"Qərbin raket qərarı Rusiyanı diplomatik və hərbi təzyiqlərlə üz-üzə qoyur"-

Politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə həm Ukrayna, həm də onun müttəfiqləri yaranmış vəziyyətdən maksimum üstünlük qazanmağa çalışırlar.

Onun sözlərinə görə, Rusiya danışıqlar ərəfəsində həm hərbi qüvvələrin cəmləşdirilməsi, həm də diplomatik təzyiqlər vasitəsilə Qərb ölkələrinə təzyiq göstərmək niyyətindədir:

"Peskovun, Medvedevin və digər Kreml təmsilçilərinin açıqlamaları göstərir ki, Rusiya danışıqlara qədər həm döyüş meydanında, həm də beynəlxalq səviyyədə üstün mövqe əldə etməyə çalışır."

Politoloq qeyd edib ki, Ukrayna və onun müttəfiqləri də ciddi addımlar atıblar. Bu addımlar arasında ən diqqətçəkəni isə uzaqmənzilli raketlərin Ukraynaya məhdudiyyətsiz istifadəsinə icazə verilməsi ilə bağlı qərarlardır:

"Bu qərar Almaniya, Fransa, Britaniya və ABŞ tərəfindən qəbul edilib. Xüsusilə Almaniyanın bu addımı Rusiyada ciddi narahatlıq doğurub. Artıq bəzi analizlərdə qeyd olunur ki, Almaniya bu addımı ilə faktiki olaraq müharibənin birbaşa iştirakçısına çevrilmiş olur."


Sizin reklam burada
Sizin reklam burada