“Qərb Ukraynada müharibənin hazırkı xətt üzrə dondurulmasını hədəfləyir” - Politoloqdan şərh

“Qərb Ukraynada müharibənin hazırkı xətt üzrə dondurulmasını hədəfləyir” - Politoloqdan şərh
15:56

“ABŞ və Avropa İttifaqı Ukraynada müharibənin mövcud təmas xətti üzrə dayandırılmasını istəyir”.

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın irəli sürdüyü və əsas müttəfiqləri tərəfindən dəstəklənən təklif, Ukraynada müharibənin hazırkı təmas xətti üzrə dayandırılmasını nəzərdə tutur.

Onun sözlərinə görə, ABŞ-ın mövqeyindən sonra Böyük Britaniya, Almaniya, Fransa kimi Ukraynanı aktiv şəkildə müdafiə edən Avropa İttifaqının aparıcı dövlətləri də bəyanatla çıxış edərək, danışıqların və qərarların məhz təmas xətti əsas götürülərək aparılmalı olduğunu vurğulayıblar.

"Bu, o deməkdir ki, ABŞ və Avropa İttifaqı müharibənin indiki mövqelər üzrə dayandırılmasını, işğal altında qalan ərazilərin Rusiya nəzarətində saxlanmasını, lakin heç bir dövlət tərəfindən tanınmamasını və gələcəkdə bu istiqamətdə diplomatik fəaliyyətin davam etdirilməsini nəzərdə tutur," – deyə Bayramov bildirib.

Politoloq bunu Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə edərək xatırladıb ki, atəşkəsdən sonra işğal altındakı ərazilər uzun müddət tanınmasa da, əlverişli şərait yarandıqda Azərbaycan həmin torpaqları hərbi əməliyyatla azad edib.

"Beynəlxalq birlik Ukrayna məsələsində də eyni yanaşmanı tətbiq edir," – deyə o əlavə edib


Sizin reklam burada
Sizin reklam burada