İsrail Müdafiə Ordusu (IDF) İran ərazisində yerləşən üç hava limanına – Bəhram, Mehrabad və Azmayeşə zərbələr endirib.
News365.az xəbər verir ki, bu barədə İsrail tərəfi sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, hücumlar aprelin 6-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı tərəfindən həyata keçirilib. Əməliyyatların kəşfiyyat məlumatları əsasında planlaşdırıldığı vurğulanır.
Məlumata görə, zərbələrin əsas məqsədi İran Hərbi Hava Qüvvələrinin, eləcə də SEPAH-ın aviasiya imkanlarını zəiflətmək olub.
Hücumlar nəticəsində təyyarə və helikopterlər də daxil olmaqla onlarla hava hədəfi, həmçinin hərbi infrastruktur obyektləri məhv edilib.
İsrail ordusunun açıqlamasında qeyd olunub ki, Mehrabad hava limanı SEPAH-ın “Qüds” qüvvələri tərəfindən regiondakı müttəfiq qruplaşmaların silahlandırılması və maliyyələşdirilməsi üçün əsas logistik mərkəz kimi istifadə olunurdu.