İran region ölkələri ilə, o cümlədən Qətərlə mehriban qonşuluq münasibətlərini qoruduğunu bildirib.
News365.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin baş naziri və XİN rəhbəri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə telefon danışığında deyib.
Əraqçi qeyd edib ki, regionda mövcud vəziyyət ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlıdır. O, həmçinin ABŞ-ın region ölkələrindəki hərbi bazalardan istifadə etdiyini vurğulayıb.
İran tərəfi Qətərə xatırladıb ki, ölkələr öz ərazilərinin üçüncü dövlətlərə qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməməlidir. Nazir əlavə edib ki, region dövlətləri kollektiv sülh və təhlükəsizlik istiqamətində hərəkət etməlidir.