Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı

Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı
11:30

Salyan rayonunda bir mikroavtobus və 3 minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı mikroavtobus və "VAZ", "İnfiniti", "Mazda markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan 5 nəfər Xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - İsmayılov Nemət İbrahim oğlu, Əhmədov Ərəstun Ramazan oğlu və daha üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada