Müğənni Əminə Şirin aparıcı Tarix Əliyevin (Tolik)verilişində etdiyi səmimi etiraflarla diqqət çəkib.
News365.az xəbər verir ki, sənətçi uşaqlıq illərindən danışaraq məktəb vaxtı qaşlarını gizlicə düzəltdiyini bildirib. O, həmin hadisədən sonra anasının buna çox sərt reaksiya verdiyini deyib. Müğənninin sözlərinə görə, o dövrdə ailələr bu məsələlərə daha ciddi yanaşırdı.
Əminə Şirin sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı yayılan iddialara da münasibət bildirib. O, insanlar tərəfindən haqqında müxtəlif fikirlərin səsləndirildiyini deyərək buna sərt cavab verib.
Müğənni çıxışında valideyn-övlad münasibətlərinə də toxunub. O bildirib ki, uşaqların qorxu ilə böyüdülməsinin gələcək psixologiyalarına mənfi təsir göstərdiyini düşünür. Sənətçi öz övladına daha anlayışlı yanaşacağını vurğulayaraq, uşaqların səhv etdikdə belə ailələrindən çəkinməməli olduqlarını qeyd edib.
Verilişdə səslənən fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.