Məktəb binası uçdu: Azyaşlı öldü, fəhlələr və sakinlər yaralandı

Məktəb binası uçdu: Azyaşlı öldü, fəhlələr və sakinlər yaralandı
17:50

 Pakistanın şərqindəki Lahor şəhərində özəl məktəb binasının bir hissəsinin uçması nəticəsində bir uşaq həyatını itirib, beş nəfər isə yaralanıb.

Bu barədə Xinhua agentliyinə istinadən News365.az xəbər verir."

Binanın çökməsi nəticəsində ağır faciə baş verib. Hadisə yerinə dərhal cəlb olunan xilasetmə qrupları, dağıntılar altında digər şəxslərin də qala biləcəyi ehtimalı ilə genişmiqyaslı axtarış-xilas etmə əməliyyatına başlayıblar.

Hadisə nəticəsində bir uşaq hadisə yerindəcə həyatını itirib. Qəza zamanı daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların kimliyi barədə verilən məlumata görə, onlardan biri azyaşlı, ikisi yoldan ötən sakin, digər ikisi isə binanın üçüncü mərtəbəsində çalışan inşaat fəhlələridir.

Zərərçəkənlər təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya təxliyə olunublar. Hazırda hüquq-mühafizə və aidiyyəti dövlət qurumları tərəfindən binanın uçma səbəblərinin müəyyənləşdirilməsi istiqamətində rəsmi təhqiqat aparılır.


Sizin reklam burada
Sizin reklam burada