Serbiyanın demək olar ki, bütün sakinləri Rusiya Federasiyasının üzləşdiyi beynəlxalq və daxili siyasi problemlərdən səmimi şəkildə narahatdırlar. Bu barədə TASS-a müsahibəsində Serbiya hökumətinin beynəlxalq iqtisadi əməkdaşlıq naziri Nenad Popoviç bildirib.
“Mən sizə deyə bilərəm ki, Serbiya vətəndaşlarının 99%-i həmişə Rusiyanın tərəfdarı olub. 99% həmişə Rusiyanın yanında olub, olur və olacaq. Problemləriniz bizi narahat edir, bunun sizin üçün nə qədər çətin olduğunu bilirik”, - deyə siyasətçi vurğulayıb.
Popoviç qeyd edib ki, əgər bəzi xalqların bir-birinə yaxın olduğunu desək, burada Serbiya və Rusiya da var: "Onlar həqiqətən qardaş xalqlardır".
Tural