CBS News: "Pentaqon 5400 işçini ixtisar edir"

CBS News: "Pentaqon 5400 işçini ixtisar edir"
12:37

Birləşmiş Ştatların Müdafiə Nazirliyi 5400 sınaq müddətində olan işçini işdən çıxaracaq.  Pentaqon işə qəbula moratorium tətbiq edəcək. Bu barədə CBS News məlumat yayıb.


Müdafiə nazirinin şəxsi heyət və hazırlıq üzrə müavini vəzifəsini icra edən Darin Selnikin sözlərinə görə, Pentaqon mülki işçi qüvvəsini 5-8 faiz azaldacaq. O qeyd edib ki, bu cür tədbirlər səmərəliliyi artıracaq və Pentaqonu hökumətin prioritetlərinə istiqamətləndirəcək, ordunun hazırlığını bərpa edəcək.


Bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset qurumun işini sadələşdirmək tədbirləri çərçivəsində Pentaqonun yeni işçilərin işə qəbulunu müvəqqəti dayandıracağını açıqlamışdı. O, ixtisarların sınaq müddətində olan və "məhsuldar" görünməyən Pentaqon işçilərindən başlamalı olduğunu söyləyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada