Daşnaksütyun Ermənistanda yenidən fəallaşdı

Daşnaksütyun Ermənistanda yenidən fəallaşdı
11:28

Ermənistanda daşnaklar yednidən fəallaşıblar. Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Nəşr yazıb: “Gələn həftə, fevralın 26-da Yerevanın “Elite Plaza” ticarət mərkəzində Ermənistan İnqilabi Federasiyasının adətən 4 ildə bir dəfə keçirilən ümumi yığıncağı keçiriləcək. Əldə etdiyimiz məlumata görə, Daşnaksütyun üzvləri uzun müddətdir ki, təşkilatda qarşıda duran məsələlərin müzakirə olunacağı, iclasda iştirak edən deputatların gizli səsverməsi ilə hərəkatın ali icra orqanı olan büronun seçiləcəyi bu toplantıya hazırlaşıblar. Büronun yeni tərkibi təsdiq edildikdən və qarşıdakı 4 il üçün siyasətin işlənib hazırlanmasından sonra Daşnaksütyunun Ermənistan bölməsi öz səlahiyyətlərini 2 il müddətinə yerinə yetirəcək nümayəndəli iclasda Ali orqanın yeni tərkibini seçəcək.

Proqram və ya nizamnamə dəyişiklikləri ümumi yığıncağın üçdə iki səs çoxluğu ilə edilir. Bizdə olan məlumata görə, daşnakların ümumi yığıncağına müxtəlif siyasi xadimlər, deputatlar da dəvət olunub”.

Tural


Sizin reklam burada
Sizin reklam burada