Medvedevdən Kiyevə çağırış: "Amerikalıların ayağından öpün!"

Medvedevdən Kiyevə çağırış: "Amerikalıların ayağından öpün!"
12:25

Ukrayna ABŞ-nin “ayağının altına yıxılmalı”, seçkilər elan etməli və təslim olmağa hazırlaşmalıdır. Bu, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması fonunda Kiyev rejimi üçün əsas yollardan biridir. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib.


“Onların iki yolu var. Birincisi: amerikalıların ayaqlarına yıxılın, onları ehtiraslı öpüşlərlə qucaqlayın. Dərhal seçkiləri elan edin və müharibənin xoşagəlməz sona çatmasına hazırlaşın",-o, yazıb. Medvedev əlavə edib ki, söhbət Ukraynanın faktiki kapitulyasiyasından gedir.

Medvedev istehza ilə qeyd edib ki, ikinci yol Ukrayna hakimiyyətinin “masada ağ toza çevrilməsidir”. Onlar həmçinin sonda yalnız özləri ilə dostluq edərək sakitləşəcəklər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada