Türkiyədə axtarışda olan şəxslər saxlanılıb.
News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Kayseridə 55 qrup və 185 personalın iştirakı ilə şəhərin 44 nöqtəsində "şok əməliyyatı" həyata keçirilib.
Belə ki, 4978 nəfər və 1436 nəqliyyat vasitəsi sorğu-sual edilib, 94 park yoxlanılıb.
Əməliyyat zamanı 102,45 qram narkotik vasitə və 5 ədəd narkotik həb götürülüb, 8 nəfər narkotik vasitə saxlamaqda ittiham olunub.
Ələ keçirilən 4 nəqliyyat vasitəsi müsadirə edilib və müxtəlif cinayətlərə görə axtarışda olan 9 şübhəli tutulub.