Şimali Koreya ABŞ-ni hədələyib.
News365.az xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, Şimali Koreya ordusu son vaxtlar Koreya yarımadası ərazisində hərbi fəallığı artan ABŞ və Cənubi Koreyadan gələn təhlükəyə cavab olaraq strateji vasitələrdən istifadə etməyə hazırdır.
Departament qeyd edib ki, Ağ Evdə prezident administrasiyası dəyişdikdən sonra ABŞ və onun peyklərinin hərbi təxribatları güclənməyə başlayıb.
Nümunə olaraq Şimali Koreyalılar ABŞ-nin Koreya yarımadasının hava məkanına B-1B strateji bombardmançı təyyarələrini yerləşdirməsini, Vaşinqton və Seul arasında birgə hərbi təlimləri və fevralın 19-da Sakit okeanda Amerika qitələrarası ballistik raketinin sınağını göstəriblər.
“KXDR ABŞ və digər düşmənlərin strateji təhdidlərinə öz strateji vasitələri ilə cavab verəcək”, - deyə KXDR Müdafiə Nazirliyi qeyd edib.
Departament aydınlaşdırıb ki, bu yolla Pxenyan regiondakı qeyri-sabit vəziyyətə nəzarət etmək niyyətindədir.