Azərbaycan Ordusunun vəfat edən polkovnikinin FOTOSU

Azərbaycan Ordusunun vəfat edən polkovnikinin FOTOSU
11:55

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

Ölkə.az 48 yaşlı zabitin fotosunu təqdim edir: 


Qeyd edək ki, Azad Mahal oğlu Bağırov 1976-cı il avqustun 16-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.

1998-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Uzun illər ön xətdə kəşfiyyat bölmələrində xidmət edib. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. O, bu mükafata Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə layiq görülüb.

A.Bağırov Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən ehtiyata buraxılmışdı.


Sizin reklam burada
Sizin reklam burada