"Qalatasaray"-"Fənərbağça" matçını kim idarə edəcək?

"Qalatasaray"-"Fənərbağça" matçını kim idarə edəcək?
19 Fev 2025 19:45

Türkiyə Superliqasının 23-cü turunda "Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək derbi matçını əcnəbi hakim idarə edəcək.


News365.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.


Hacıosmanoğlu əcnəbi hakimin adını açıqlamayıb.


Qeyd edək ki, "Qalatasaray"-"Fənərbağça" görüşü fevralın 24-də Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək


Sizin reklam burada
Sizin reklam burada