13 yaşlı qızın bıçaq xəsarəti almasının təfərrüatı məlum olub.
News365.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki mənzillərdən birində baş verib.
2013-cü il təvəllüdlü A.Məmmədova evdə autizm xəstəliyindən əziyyət çəkən 2022-ci il təvəllüdlü qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Yeniyetmə qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
***
Bakıda 13 yaşlı qız bıçaqlanıb.
News365.az xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalar aparılır.