Hörmüzdə tanker minaya düşərək yandı

Hörmüzdə tanker minaya düşərək yandı
11:20

Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşən tanker yanıb.

News365.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-də boğazın məhdud və təhlükəli elan edilmiş ərazisində baş verib.

İran tərəfinin iddiasına görə, tanker əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayıb, həmçinin izləmə və identifikasiya sistemlərini söndürüb.

İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.


Sizin reklam burada
Sizin reklam burada