Qızlar məktəbinə endirilən zərbələr nəticəsində ölənlərin sayı artdı

Qızlar məktəbinə endirilən zərbələr nəticəsində ölənlərin sayı artdı
01 Mar 2026 10:26

İranın cənubundakı Hörmüzqan əyalətinin Minab rayonuna hücumdan sonra qızlar üçün ibtidai məktəbdə ölənlərin sayı artıb.

Bu haqda “Mizan” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Ölənlərin sayı 148-ə, yaralıların sayı isə 95-ə çatıb”, – məlumatda deyilir.

Qeyd edək ki, daha öncə ölən şagirdlərin sayının 115 olduğu bildirilirdi.


Sizin reklam burada
Sizin reklam burada