Qubada məscid tamamilə yandı -

Qubada məscid tamamilə yandı -
11:15

Quba rayonunun İkinci Nügədi kəndində məscid yanıb.

Hacı Seyid Siracəddin məscidində bu gün səhər saat 5 -ə işləmiş yanğın baş verib.

İkinci Nügədi kəndinin imamı Hacı İlkin Qayıbov Bizim.Media-ya faktı təsdiqləyərək məscidin söndürülməsinə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən avtomobili cəlb olunduğunu deyib.

Alov güclü olduğundan məscid tamamilə yanıb, yalnız divarları qalıb. Yanğınsöndürənlər alovu söndürüblər.

İlkin ehtimala görə, məscid qaz sızmasından yanıb.


Sizin reklam burada
Sizin reklam burada