Sarayda qəza : TIR sərnişin avtobusu ilə toqquşdu

Sarayda qəza : TIR sərnişin avtobusu ilə toqquşdu
28 Fev 2026 12:21

Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, ötən gün Üzümlük yaşayış massivində yük avtomobili (TIR) 522 nömrəli sərnişin avtobusu ilə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada