"Fənərbağça" Serjiu Konseysau ilə razılığa gəldi

"Fənərbağça" Serjiu Konseysau ilə razılığa gəldi
22:40

"Fənərbağça"da baş məşqçi postu ilə bağlı aparılan danışıqlarda yeni mərhələyə keçildiyi bildirilir.

News365.az xəbər verir ki, "A Spor" müxbiri Erdem Akbaşın məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə bütün məsələlər üzrə razılıq əldə edib.

Məlumata əsasən, tərəflər arasında imzalanması nəzərdə tutulan müqavilənin müddəti 1.5 il olacaq. "Fənərbağça" rəhbərliyinin Konseysaunu "Liverpul"la qarşılaşmadan əvvəl İstanbula gətirməyi planlaşdırdığı qeyd olunur.

Klubun planına əsasən, portuqaliyalı mütəxəssisin bu vacib oyunu stadionun tribunalarından izləməsi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada