Avtobus sürücüsü DÖYÜLDÜ - Səbəblər... - FOTO+VİDEO

Avtobus sürücüsü DÖYÜLDÜ - Səbəblər... - FOTO+VİDEO
16:45

Metronun "20 Yanvar" stansiyası yaxınlığındakı avtobus dayanacağında sürücü sərnişinin hücumuna məruz qalıb.

Məlumata görə, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib. Zərbənin təsirindən sürücü yerə yıxılıb.

Məlumata görə, sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb. O, eyni zamanda ağır söyüşlər işlədərək sürücünün şərəf və ləyaqətini təhqir edib.

Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil./// bakıvaxtı

 


Sizin reklam burada
Sizin reklam burada