Türk müğənni Dərya Uluğ 10 ildir birlikdə olduğu Asil Gök ilə evlilik yolunda daha bir mühüm addım atıb.
News365.az xəbər verir ki, bir neçə ay əvvəl nişanlanan sənətçi çoxdan gözlənilən toy tarixini açıqlayıb.
10 illik münasibətdən sonra aldığı evlilik təklifi və barmağındakı nikah üzüyü ilə bağlı sualları təbəssümlə cavablandıran məşhur müğənni pərəstişkarlarının səbirsizliklə gözlədiyi toy müjdəsini verib.
"Milliyet"in yaydığı məlumata görə, Dərya Uluğ arzuladığı toy planını belə təsvir edib:
"Allah qismət etsə, 2027-ci ilə evli olaraq daxil olacağıq. Yeni ildən əvvəl, qarşıdakı 4 ay ərzində sevdiklərimiz və ailəmizlə birlikdə olacağımız sadə və xoşbəxt bir axşam keçirməyi xəyal edirik".