30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda yeni bir mərhələ başlamışdı.
News365.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qeyd edib ki, 8 avqustda ABŞ-də baş tutan görüş Cənubi Qafqazda daimi sülhün təsis edilməsinə gedən yolda tarixi bir addım oldu. Bütün bu baş verənlərdən olan məmnuniyyətimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dedim. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdim.
O, qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutub. Sülhün bərqərar olması ilə iki ölkə arasında quru sərhədlərin , avtomobil və dəmiryol xətlərinin açılması, ticarətin bərpası bütün ölkələrin mənfəəti olacaq. Sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.