"Qarabağ"dan transfer: Artıq Bakıdadır

"Qarabağ"dan transfer: Artıq Bakıdadır
01 Fev 2026 23:15

"Qarabağ" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.


News365.az xəbər verir ki, artıq oyunçunun kimliyinə də aydınlıq gəlib.


Ağdam təmsilçisi Kiprin AEK klubunda çıxış edən Ceremi Qnalini heyətinə qatmaq üzrədir.


O, artıq Bakıdadır. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.


Qeyd edək ki, 23 yaşlı fransalı bu mövsüm AEK-in heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Sizin reklam burada
Sizin reklam burada