Rumıniya sahillərində "Astana" gəmisi batdı: Ölən və itkin düşənlər var

Rumıniya sahillərində "Astana" gəmisi batdı: Ölən və itkin düşənlər var
16:47

Göyərtəsində beş heyət üzvü olan "Astana" yedək gəmisi Rumıniyanın Midiya limanında batıb.

News365.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatında məlumat verilib.

Bildirilib ki, 0gəmi sahildən səkkiz kilometr məsafədə Marşal adaları bayrağı altında üzən "Amades" tankerinə lövbər salmaqda kömək göstərən zaman aşıb.

Xilasetmə əməliyyatı zamanı heyət üzvlərindən biri sahilə çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda akvatoriyanın ərazisində daha dörd nəfərin genişmiqyaslı axtarışları davam edir.

İtkin düşmüş heyət üzvlərinin gəminin qəfil aşması nəticəsində həlak olduqları istisna edilmir.


Sizin reklam burada
Sizin reklam burada