Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib. O, verilişləri bağlanan aparıcılar - Zaur Baxşəliyev, Lalə Azərtaş və Xoşqədəm Hidayətqızı - barədə fikirlərini bölüşərək onlara dəstəyini ifadə edib. Lakin onun Zaur Kamal və Zaur Nəbioğlu ilə bağlı paylaşım etməməsi də diqqətdən yayınmayıb.
News365.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Tolik bildirib ki, öz mövqeyini açıq şəkildə göstərib:
“Bu haqda danışmaq istəmirəm. Paylaşımlarımdan hər şey aydındır. Artıq hamı bilir ki, kimi paylaşıb dəstəyəm, kimə dəstək deyiləm. Allah hamının köməyi olsun”.
Qeyd edək ki, Azərbaycanda televiziya kanallarında genişmiqyaslı dəyişikliklərə start verilib. ATV-də “Bizimləsən” (aparıcı Zaur Baxşəliyev), ARB-də Xoşqədəm Hidayətqızı və Zaur Kamalın verilişləri, eləcə də “Təsir dairəsi” (aparıcı Lalə Azərtaş) yayımdan çıxarılıb. Daha əvvəl isə Elgiz Əkbər və Tarix Əliyevin verilişləri də efirdən kənarlaşdırılmışdı.