“Pokémon Go”nun gizli tərəfi: Niantic oyunçuları necə “məlumat toplayıcısına” çevirdi?

“Pokémon Go”nun gizli tərəfi: Niantic oyunçuları necə “məlumat toplayıcısına” çevirdi?
20:20

Bir vaxtlar dünyanı “ələ keçirən” Pokémon Go oyunu ilə bağlı maraqlı detal üzə çıxıb.

News365.az xəbər verir ki, oyunun yaradıcısı olan Niantic istifadəçilərin küçələrdə oynayarkən çəkdiyi görüntülərdən fərqli məqsədlər üçün yararlanıb. 

Məlumata görə, şirkət bu vizual məlumat bazasını yeni nəsil avtonom çatdırılma robotlarının hazırlanmasında istifadə edib.

Beləliklə, oyunçular fərqinə varmadan şəhərlərin müxtəlif nöqtələrindən real görüntülər toplayaraq şirkət üçün dəyərli məlumat mənbəyinə çevriliblər. 

Bu yanaşma sayəsində Niantic həm oyundan gəlir əldə edib, həm də əlavə resurs xərcləmədən geniş miqyaslı vizual məlumat toplaya bilib.

Qısacası, bir vaxtlar əyləncə kimi görünən bu oyun, eyni zamanda texnologiya şirkətləri üçün real dünya məlumatlarının toplanmasında effektiv alətə çevrilib.


Sizin reklam burada
Sizin reklam burada