Kordofanda ərzaq karvanını yandırılıb

Kordofanda ərzaq karvanını yandırılıb
20:40

Qərbi Kordofanda ərzaq karvanını yandırmaqda ittiham olunur.


News365.az xəbər verir ki, Sudanın Qərbi Kordofan bölgəsində fəaliyyət göstərən RSF (Sürətli Dəstək Qüvvələri) ərzaq daşıyan yük maşınlarından ibarət karvanı yandırmaqda ittiham edilir.


Məlumata görə, BƏƏ ilə əlaqələndirilən RSF qüvvələri Əl-Nahud şəhəri yaxınlığında ərzaq yükü daşıyan avtomobilləri məhv edib. Hadisə onsuz da çətin vəziyyətdə olan bölgədə ərzaq çatışmazlığını daha da dərinləşdirib.


Ekspertlər bildirir ki, ticarət yollarının dağılması fonunda bu cür hücumlar qəsdən aclıq yaratmaq taktikası kimi qiymətləndirilir.



Sizin reklam burada
Sizin reklam burada