Ermənistan Azərbaycana biznes təklifləri edib.
News365.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli KİV-ə müsahibəsində deyib.
Ermənistanın Azərbaycana nə təklif etdiyi və Azərbaycanın Ermənistandan hansı malları ala biləcəyi ilə bağlı suala cavab olaraq Papoyan bildirib:
"Biz təkliflərimizi etmişik: artıq konkret bir məhsul var ki, onunla bağlı Azərbaycan və Ermənistanın biznes dairələri danışıqlar və müzakirələr aparır”.