Pakistan Fitr bayramı zamanı Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin müraciətləri əsasında Əfqanıstana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb.
News365.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar X hesabında yazıb.
Nazir qeyd edib ki, qərar martın 18-dən 19-na keçən gecə yarısından martın 23-dən 24-nə keçən gecə yarısınadək qüvvədə olacaq.