Qubada ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib

Qubada ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib
18 Mar 2026 22:40

Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.

Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin həyatına son qoyduğu aşkar edilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır./APA


Sizin reklam burada
Sizin reklam burada