“Süper Şimşek” Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib

“Süper Şimşek” Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib
21:00

Türkiyənin Milli Müdafiə Nazirliyi TUSAŞ tərəfindən hazırlanmış “Süper Şimşek” pilotsuz hava vasitəsinin Hərbi Hava Qüvvələri Komandanlığının inventarına qəbul edildiyini açıqlayıb.

News365.az “Anadolu Ajansı”na istinadla xəbər verir ki, “Süper Şimşek” yüksək sürət və yüksək hündürlüyə qalxa bilən hədəf təyyarə kimi hazırlanıb.

Aparat əsasən hava hücumundan müdafiə sistemlərinin yoxlama və sınaq proseslərində istifadə üçün nəzərdə tutulub.

Məlumata görə, pilotsuz uçuş aparatı 0,8–0,9 max sürətə çata bilir və 700 kilometrdən artıq uçuş məsafəsinə malikdir.



Sizin reklam burada
Sizin reklam burada