Türkiyədə Ramazan topu 19 yaşlı gənci ağır yaraladı

Türkiyədə Ramazan topu 19 yaşlı gənci ağır yaraladı
18 Mar 2026 22:00

Türkiyədə sahur vaxtı atılan Ramazan topu faciə ilə nəticələnib.

News365.az xəbər verir ki, partladılan topun qəlpəsi 19 yaşlı gəncin üz nahiyəsinə dəyib. 

Ağır xəsarət alan gənc xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən süni tənəffüs aparatına qoşulub.

Hadisə şahidləri və məhəllə sakinləri Ramazan topunun təhlükəsiz ərazidə atılmadığını bildiriblər.

Faktla bağlı 2 şübhəli şəxs saxlanılıb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada