37 ildən sonra Nigeriya Prezidenti ilk dəfə Böyük Britaniyaya səfər edib.
News365.az xəbər verir ki, Kral Çarlz Nigeriyanın prezident
Bola Əhməd Tinubu və həyat yoldaşı Oluremi Tinubunu qalasında təntənəli şəkildə
qarşılayıb. Həmçinin mərasimdə Kraliça Kamilla, və Uels Şahzadəsi də içtirak
edib.
Səfər iki gün çəkəcək. Kral və Prezident Tinubu siyasi liderlərin və məşhurların qatılacağı dövlət ziyafətində çıxış edəcəklər. Prezident müsəlman olduğu və Ramazan orucunu tutduğu üçün Vindzorda Kralla ənənəvi nahar olmayacaq.