Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə İncəsənət fakültəsi tərəfindən konsert və sərgi proqramı təşkil edilib.
Tədbir İncəsənət fakültəsinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazirin müavini İdris İsayev, Nazirliyin rəsmi şəxsləri, Xankəndi və Şuşa şəhər ictimaiyyətinin rəsmiləri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və universitetin bir illik fəaliyyətinə dair xüsusi məqamları qeyd edib. Rektor bu müddət ərzində əldə edilən nailiyyətlərdən bəhs edərək Qarabağ Universitetinin yalnız regionda deyil, ümumilikdə ölkənin təhsil sistemində önəmli rol oynadığını bildirib. Ş.Bayramov universitetin yaradılmasının Qarabağ bölgəsinin sosial-iqtisadi, xüsusən də təhsil və mədəniyyət sahəsinin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini və universitetin təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətlərinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib. Nazir qeyd edib ki, universitetin tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. E.Əmrullayev Qarabağ Universitetinin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdırıb.
***
Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə Xankəndi şəhərində Qarabağ Universiteti İncəsənət fakültəsi tərəfindən konsert-sərgi proqramı təşkil olunub.
Tədbirdə universitetin müəllim-tələbə heyəti və təhsil naziri Emin Əmrullayev də iştirak edir.
Tədbir İncəsənət fakültəsi tələbələri tərəfindən Dövlət himninin ifası ilə başlayıb. Sonra universitetin rektoru Şahin Bayramov çıxış edərək rəhbəri olduğu ali məktəb haqqında ətraflı məlumat verib.
Təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin kollektivinə gələcək fəaliyyətlərində uğur arzulayıb.
Tədbir universitetdə çalışan incəsənət xadimlərinin çıxışları ilə davam edib. Həmçinin sözügedən fakültənin yaradıcı heyətinin müəllifi olduğu sənət nümunələri sərgilənib./Report