Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı
17:17

Bakıda usta işlədiyi evdən qızıl oğurlayıb.

Bu barədə News365.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada