Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş ukraynalı tanınmış rəssam Marqarita Polovinko cəbhə zonasında həlak olub. Bu barədə “Voenndelo" Telegram kanalı məlumat yayıb.
Qeyd edilib ki, qız 24 mart 1994-cü ildə Krivoy Roqda anadan olub. O, təsviri sənətlə məşğul imiş. Rəssam açıqlamalarında deyirmiş ki, rus ordusunun qəddarlığını təsvir edən rəsmlər çəkir.
Qız bəzi əsərlərini qanla "bəzəyirmiş". O bunu belə izah edib ki, münaqişə bitdikdən sonra insanlar onu yuyub silə biləcəklər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural