Putinlə Tramp neçə dəfə danışıblar?

Putinlə Tramp neçə dəfə danışıblar?
23 Mar 2025 13:45

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK jurnalisti Pavel Zarubinə müsahibəsində diqqət çəkən açıqlamalar verib. O, Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında dialoqun bərpasından sonra iki dəfədən çox danışdığını istisna etməyib.


“Biz sizə bildiyimiz danışıqlar barədə məlumat veririk. Lakin qalan hər şeyi istisna edə bilmərik”, -o, liderlər arasında edilən zənglərin sayı ilə bağlı sualı cavablandırarkən deyib.

Bundan əvvəl “The Hill” qəzeti yazmışdı ki, Rusiya lideri Vladimir Putin və Amerika prezidenti Donald Tramp arasında telefon danışığından sonra Ukraynada münaqişədə atəşkəs və “sərhədlərin yenidən cızılması” prosesi başlayıb. Lakin Britaniya və Avropa İttifaqı öz gizli məqsədləri üçün Kiyevi dəstəkləməkdə davam etmək niyyətindədir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada