Putinin Ukraynadan da böyük planları var - "CNN"

Putinin Ukraynadan da böyük planları var - "CNN"
22 Mar 2025 14:10

ABŞ prezidenti Donald Tramp Rusiya rəhbəri Vladimir Putinin sülh axtarışında olduğuna inanır. CNN yazır ki, Ukrayna və onun avropalı müttəfiqləri bu bəyanata şübhə ilə yanaşırlar. Çünki Kreml dəfələrlə hər kəsi sülhə hazır olduğunu əmin edib, lakin hər dəfə müvafiq sazişləri imzalamaqdan imtina edib.


Nəşr yazıb ki, əslində Putinin real niyyətləri daha böyükdür. Rusiya prezidenti açıq şəkildə bildirir ki, Ukraynanın müstəqil dövlət kimi mövcud olmağa haqqı yoxdur. O, həmçinin NATO-nun "Soyuq müharibə" dövründəki sərhədlərinə qaytarılmasında israrlıdır. Lakin onun əsas məqsədi Rusiyanın əsas rol oynayacağı yeni dünya düzəni yaratmaqdır: "Putin və onun yaxın ətrafı KQB-dən, Sovet kəşfiyyat xidmətindən oln şəxslərdir. Onlar SSRİ-nin dağılması ilə bağlı rəzaləti unutmayıblar və o vaxtdan bəri dünyanın necə dəyişməsindən narazıdırlar".

Müəllif xatırladıb ki, 1990-cı illərin xaosundan sonra, Rusiya iqtisadiyyatının tənəzzülə uğradığı və Qərbin maliyyə yardımından asılı olduğu bir vaxtda Putin hakimiyyətə gəlib. Neftin qiymətinin qalxması sayəsində Rusiya daha da varlanıb, səsi isə xeyli möhkəm çıxır... O, hətta dünyanın ən böyük iqtisadiyyatları olan G8 klubuna qəbul olundu. Lakin bu da kifayət etməyib.

ABŞ-nin Marşal Fondunun idarəedici direktoru Kristin Berzina CNN-ə deyib: “Putin öz vətəndaşları naminə bütün bu kimi məsələləri daha yüksək geosiyasi məqsədlər üçün bir kənara atmaqdan xoşbəxt göründü”.

Rusiya Ukraynaya qarşı təcavüzünə görə “Böyük səkkizlik”dən çıxarılıb, sanksiyalara məruz qalıb və beynəlxalq səhnədə təcrid olunub. Berzina həmçinin deyib:"Rusiya üçün G7-də səkkizinci olmaq heç vaxt kifayət etməyib. Bu, Rusiyanın ənənəvi ideyasına uyğun gəlmir. O, dünyanın ən böyük ölkəsidir, resurslarla zəngindir, ona görə də o, necə sadəcə oyunçulardan biri ola bilər?".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada