"Putin Zelenski ilə danışıqlara hazırdır" -Peskov

"Putin Zelenski ilə danışıqlara hazırdır" -Peskov
18 Fev 2025 14:12

Rusiya prezidenti Vladimir Putin, o cümlədən Vladimir Zelenski ilə də danışıqlara hazırdır. Xarici KİV-in yaydığı məlumata görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə deyib. O qeyd edib ki, bununla belə, Zelenskinin Ukrayna lideri kimi legitimliyi şübhə altındadır.


“Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq”, - Peskov xatırladıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Sizin reklam burada
Sizin reklam burada