Putin bu liderə təşəkkürünü bildirdi

Putin bu liderə təşəkkürünü bildirdi
24 Mar 2025 21:30

Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan arasında telefon danışığı olub.


News365.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.


Rusiya Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinin həyata keçirilməsində BƏƏ-nin göstərdiyi fəal vasitəçilik yardımına görə minnətdarlığını bildirib.


Liderlər Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını tapmaq və Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətləri normallaşdırmaq məqsədi ilə Rusiya-Amerika dialoqunun hazırkı inkişafını müzakirə ediblər. Nəhyan Rusiya və ABŞ-ın göstərdiyi səyləri dəstəklədiyini bildirib və xüsusən də bu gün Ər-Riyadda iki ölkənin ekspert qruplarının məsləhətləşmələrini alqışlayıb.


Tərəflər OPEK+ formatında sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. 



Sizin reklam burada
Sizin reklam burada