"Prezidentin indiki məqamda Türkiyəyə səfəri diqqət çəkir"- Politoloqdan şərh

"Prezidentin indiki məqamda Türkiyəyə səfəri diqqət çəkir"- Politoloqdan şərh
05 Mar 2025 16:46

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar."

Politoloq Turan rzayev bunu News365.az-a şərh edib. 


"Prezidentin indiki məqamda Türkiyəyə səfəri diqqət çəkir. Səfəri zəruri edən bəlli məsələlər olduğu kimi, perspektivdə müzakirə ediləcək mövzular da var.

Səfərin əsas məqsədi, şübhəsiz, İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışıdır. Bu qaz kəməri həm Bakı, həm də Ankara üçün mühüm əhəmiyyət daşıyır. Xüsusən Naxçıvanın enerji təhlükəsizliyi baxımdan Azərbaycan üçün strateji önəmə sahibdir.

Məlum olduğu kimi, Naxçıvana qaz İran üzərindən ötürülür. Lakin son illərdə Tehran-Bakı münasibətlərində gərginlik, etimad mühitinin zədələnməsi bu məsələni Bakı üçün prioritet halına gətirdi. Münasibətlərdə normallaşma olsa da, Bakı Tehranın gələcəkdə Naxçıvan üzərindən ehtimal təzyiqlərin qarşısını almaq istəyir. Buna görə də daha təhlükəsiz qaz xəttinin əsasını qoydu.

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, gələcəkdə Bakı və Ankaranın Avropanın enerji təminatında mühüm rola malik olmasına kömək edəcək. Məsələn, Kərkük və Mosul qaz xətləri də gələcəkdə İğdır-Naxçıvan təbii qaz kəmərinə, oradan isə TANAP layihəsinə qoşula bilər. Beləlikə, Avropaya nəql olunacaq qazın həcmi də arta bilər.

Ölkə başçısının Türkiyə səfəri həm də regional və geosiyasi baxımdan diqqət çəkir. Məlum olduğu kimi, son zamanlar hər iki sferada ciddi yeniliklər var. Məsələn, Bakı-Moskva arasında soyuqluq bunun əksi olaraq Tehran-Bakı arasında müşahidə edilən yaxınlıq Azərbaycan və Türkiyənin atacağı addımlar, liderlər arasında müzakirə edilə biləcək məsələlərdəndir.

Xüsusilə dəyişən dünya nizamı, geosiyasi vəziyyət və buna uyğun olaraq Türkiyə və Azərbaycanın perspektivdə atacağı ortaq addımların müzakirəsinə ehtiyac var. Misal üçün İğdır-Naxçıvan Təbii Qaz Kəmərindən başqa, Türkiyə-Ermənistan sərhəd məntəqəsində görülən işlər və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı işləri yekunlaşıb. Hər iki açılış üçün yeganə maneə İrəvandır. Xüsusilə Ermənistanın Zəngəzur dəhlizinin açılmasında yaratdığı süni maneələr, habelə alternativ təkliflər prosesi uzada biləcək mahiyyətdədir.

Azərbaycan dəhlizin açılmasında israrlıdır. Bu məsələ Ankaranın da diqqət mərkəzindədir. Bakı və Ankara məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Danışıqlar yolu uğursuz olarsa, təzyiq variantına əl atıla bilər.


Sizin reklam burada
Sizin reklam burada