Tahir Əmiraslanovdan agentliyə SƏRT İTTİHAM

Tahir Əmiraslanovdan agentliyə SƏRT İTTİHAM
12:35

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi bu qurumla bağlı müzakirələr yaradıb. 

News365.az-ın xəbərinə görə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib.

“Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq gösərməsi, Ermənıstana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılması,  Ermənıstanın rəsmən düşmən və rasist elan etdiyi, Azərbaycan Prezidentinin etimad göstərib təltif etdiyi bir şəxsə qarşı düşmənçilik, böhtan kampaniyası, səbəbsiz və təqaüd yaşına bir il qalmış işdən çıxarılması, beynəlxalq təşkilatlara ləkələyici məktublar göndərənlərə arxa durması və s. səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır”, - deyə o bildirib.

Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib.



Sizin reklam burada
Sizin reklam burada