Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib- FOTOLAR

Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib- FOTOLAR
12:54

20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev növbəti dəfə vətəndaşları qəbul edib.

News365.az xəbər verir ki, görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı deputata müraciət ediblər. Müraciətlər əsasən sosial təminat, məşğulluq və infrastruktur problemləri ilə bağlı olub.

Qəbul zamanı qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb. Digər məsələlərin həlli ilə bağlı isə deputat aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib.

Samir Vəliyev vətəndaşlarla bu cür görüşlərin problemlərin daha effektiv həllinə töhfə verdiyini qeyd edib. O, sakinlərin müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə də bu görüşlərin davam etdiriləcəyini vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada