Polşada Fələstini dəstəkləyən yüzlərlə insan etiraz aksiyası keçirib

Polşada Fələstini dəstəkləyən yüzlərlə insan etiraz aksiyası keçirib
02 Okt 2025 22:45

Bu gün Polşada Fələstinin Qəzza zolağındakı əməliyyatların dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilib. 

News365.az xəbər verir ki, bu gün yüzlərlə insan Polşanın Xarici İşlər Nazirliyinin (XİN) Suxa xiyabanındakı binası qarşısında toplaşıb.

Aksiya iştirakçıları Polşanın Xarici İşlər Nazirliyinin binasına qırmızı boya ataraq binanın şüşələrini sındırıblar.

Etirazçılar həmçinin İsraili dəstəklədiyinə görə Polşanın xarici işlər naziri Radoslav Sikorskinin istefasını da tələb ediblər.

Onlar Fələstinə dəstək ifadə edərək İsrailin Qəzza zolağındakı hərəkətlərinə son qoymasını, İsrail hərbçiləri tərəfindən saxlanılan Sumud Donanmasının üzvlərinin azad edilməsini tələb ediblər.


Sizin reklam burada
Sizin reklam burada