TƏCİLİ! Güclü zəlzələ oldu - Qardaş ölkədə

TƏCİLİ! Güclü zəlzələ oldu - Qardaş ölkədə
10:25

Türkiyənin Malatya vilayətində güclü yeraltı təkanlar qeydə alınıb. Baş verən zəlzələ ətraf bölgələrdə də ciddi şəkildə hiss edilib və əhali arasında böyük təşvişə səbəb olub.

News365.az "Haber Global"a istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən Malatyanın Battalqazi rayonunda qeydə alınıb. Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) yaydığı rəsmi məlumata görə, zəlzələnin maqnitudası Rixter şkalası üzrə 5,6 bal gücündə olub.

Zəlzələnin episentrinə yaxın olan qonşu Adıyaman, Elazığ və Kahramanmaraş kimi ətraf vilayət və rayonlarda da güclü sarsıntı hiss olunub. Yeraltı təkanların ardınca yerli sakinlər qorxu içində evlərini tərk edərək küçələrə axışışıblar. Hadisə nəticəsində əhali arasında qısamüddətli ciddi təşviş yaşanıb.

Təbii fəlakətlə bağlı hər hansı dağıntının olub-olmaması, eləcə də xəsarət alanlar barədə rəsmi qurumlar və xilasedici qruplar tərəfindən yerlərdə araşdırmalar davam etdirilir. Fövqəladə hallar briqadaları əraziyə cəlb olunub.


Sizin reklam burada
Sizin reklam burada