Azərbaycanın regional və qlobal proseslərə münasibəti və xarici siyasət prioritetləri beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalır. Prezidentin çıxışında səsləndirilən fikirlər də ölkənin dəyişən geosiyasi vəziyyətdə mövqeyini və təhlükəsizlik çağırışlarına yanaşmasını bir daha gündəmə gətirib. Politoloqlar isə bu çıxışları Azərbaycanın gələcək strateji xəttinin mühüm göstəricisi kimi qiymətləndirirlər.
Politoloq Elşən Mustafayev prezidentin çıxışında regional və qlobal proseslərlə bağlı Azərbaycanın mövqeyini şərh edib.
O, News365.az-a açıqlamasında bildirib ki, regionda baş verən hadisələr Azərbaycanın xarici siyasətinə və təhlükəsizlik prioritetlərinə birbaşa təsir göstərir.
